Vasif Talıbovdan yeni fərman - Ədliyyə Nazirliyi ilə bağlı dəyişiklik

img

05-02-2016 [12:36]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman verib.

Dəyişiklik Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan dövlət qurumlarının sahibkarlıq subyektlərində yoxlamalar aparmasının qarşısını almaq məqsədi daşıyır.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması, habelə yoxlamaların məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı inzibati xətanın əlamətlərini müəyyən etdikdə inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək səlahiyyəti verilib. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA