03-02-2016 [17:43]
"Əvvəldən demişdim və indi də deyirəm ki, ölkədə 12 nazirlik olmalıdır. Əlavə nazirliklərə, komitələrə, nəzarət edən qurumlara gərək yoxdur”.
Bunu məşhur YAP-çı, professor Əli Əlirzayev bildirib.
Ə.Əlirzayev Prezident İlham Əliyevin üç dövlət qurumunun ləğv edilərək, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı Fərmanını doğru addım kimi qiymətləndirib: "Həmin komitələr, nəzarət edən qurumlar mütləq şəkildə birləşməlidir, çünki tabelikdə olan bir sıra komitələr, müəssisələr eyni funksiyanı, vəzifəni yerinə yetirir. Həmin komitələr də ya bir-birlərini başa düşmədiklərindən, ya da hərəsinin öz marağı olduğundan həmişə bir-birlərini inkar ediblər. Ona görə də son nəticədə işin nəticəsi heç zaman effektli alınmayıb. O üzdən də bu qurumların birləşməsi vacibdir və zəruridir. Həmin komitələrin, qurumların ləğvi, birləşdirilməsi və ya azaldılması indiki halda yoxlamaların azaldılması baxımından da düzgündür. Qiymətli kağızlar bazarı Azərbaycanda sıfır vəziyyətindədir, belə vəziyyətdə bu komitələrin qalması nəyə lazımdır axı?
Sanki orkestr var, ancaq orkestrin yerləşməsi üçün bina yoxdur. Qiymətli kağızlar bazarını təmin etmək üçün əlavə tədbirlər görmək lazımdır və ondan sonra onun komitəsini yaratmaq olar”.
Professor daha sonra qeyd edib ki, xərc strukturuna qənaət etmək lazımdır: "Ölkədə xərc strukturu var, indi də ölkədə maliyyə böhranı yaranıb, pulun miqdarı azalıb, valyuta ehtiyatları azalıb. Onun yerini doldurmaq, daha doğrusu birinci növbədə qarşısını almaq üçün ölkədə olan pulları, vəsaitləri düzgün istiqamətdə xərcləmək lazımdır. Xərc struktunun biri ondan ibarətdir ki, bürokratik aparat böyüyür və xərci çoxalır, qazanılan pullar, yeni iş yerlərinin açılması üçün kapitallar bunun xərcinə gedir. Onlar da istehlak xərcləridir, heç vaxt investisiya gətirmir, kapital, vəsait artırmır”(Moderator.az).
Xatırladaq ki, ölkə rəhbərinin Fərmanına əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Və həmin komitələrin səlahiyyətlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi