"Azərbaycan qazı Avropanı qızdıracaq" - Yunanıstanın XİN rəhbəri

img

03-02-2016 [10:31]


"Afina və Bakı Azərbaycan qazını Yunanıstan, Qərbi Avropa və İtaliyaya çatdırmalı olan ən böyük birgə layihələrdən birini - Transadriatik qaz kəmərinin (TAP) tikintisini başa çatdırmaq üzrədir".

Mia.az Report-a istinadən bildirir ki, bunu Bakıya səfərindən sonra Afinada jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bildirib.

"Biz onun ən mühüm məqamlarını başa vurmuşuq və ümid edirik ki, iki il ərzində onu işə sala biləcəyik və Azərbaycan qazı Avropanı qızdıracaq. Biz bu layihənin bütün detallarını və bütün xırdalıqlarını müzakirə etdik", - deyə nazir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA