?Oskar? mükafatı ?Fırtınalar padzahı? filminə verilib

img

08-03-2010 [05:08]


Dünən ABŞ-ın Los-Anceles şəhərində keçirilən ?Oskar? mükafatının təqdimetmə mərasimində ?Fırtınalar padşahı? filmi 2009-cu ilin ən yaxşı filmi nominasiyası üzrə qalib elan edilib. Həmçinin 2009-cu ilin ən yaxşı rejissoru da sözügedən filmin rejissoru Ketrin Biqelou seçilib. O, bu ada layiq görülməklə eyni zamanda tarixə düşüb. Belə ki, Ketrin Biqelou bu nominasiya üzrə fərqlənən ilk qadındır. ?Oskar? mükafatının təqdimetmə mərasimində ən yaxşı aktyor adına Ceff Brices (?Dəli ürək?), ən yaxşı aktrisa adına isə Sandra Bullok (?Görünməyən tərəf?) layiq görülüb. Aktyor Kristof Uolts isə ?Şərəfsiz yaramazlar? filmində ifa etdiyi rola görə, ikinci planda ən yaxşı aktyor nominasiyasının qalibi olub. Monik (?Güc ver?) isə bu nominasiyada ən yaxşı aktrisa isə seçilib. 2009-cu ilin ən yaxşı cizgi filmi ?Yuxarı?, ?Dəli ürək? filminin soundtrekti isə ən yaxşı musiqi nominasiyasında qalib olub. 2009-cu ilin ən yaxşı əcnəbi filmi nominasiyasında Argentina kinematoqrafçılarının lentə aldıqları ?Onların gözlərinin sirri? kinosu qalib adına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA