Səməd Seyidov vəzifədən çıxarılma xəbərlərini yalanladı

img

01-02-2016 [13:25]


Səməd Seyidov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

​Jurnalistlərə açıqlama verən Komitə sədri yayılan məlumatların əsassız olduğunu deyib:

"Səhhətimlə əlaqədar budəfəki sessiyaya qatıla bilmədim. Məni müavinim Vüsal Hüseynov əvəzlədi. Lakin Azərbaycan öz fəaliyyətini uğurla davam etdirir. Nümayəndə heyəti yüksək səviyyədə ölkəmizi təmsil edib. Bu məlumatlar Azərbaycana mənfi imic gətirmək üçün yayılıb. Yaxşı olar ki, belə məsələlərdə birinci mənimlə əlaqə saxlanılsın”(Moderator.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA