YAP ?Nezavisimaya qazeta?da dərc olunmuz ?Xocalı: həqiqət və uydurma? adlı məqaləsi ilə əlaqədar bu qəzetə etiraz məktubu göndərib

img

05-03-2010 [05:48]


Yeni Azərbaycan Partiyası ?Nezavisimaya qazeta?nın 05.03.2010-cu il tarixli sayında Sergey Zvyagin adlı müəllifin Xocalı soyqırımına həsr olunmuş ?Xocalı: həqiqət və uydurma? adlı məqaləsi ilə əlaqədar qəzetə etiraz məktubu göndərmişdir. Məktubda qeyd olunur ki, müəllif heç bir ciddi araşdırma aparmadan Xocalı hadisələrində məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır və açıq-aşkar ermənilərin mövqeyindən çıxış edir. S.Zvyagin həmçinin 1988-ci il Sumqayıt və 1990-cı il Bakıda Sovet imperiyasının xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə baş verən hadisələri ermənilərə qarşı qırğın kimi səciyyələndirməyə çalışır. Üzdəniraq ?jurnalist? daha da uzağa gedərək Azərbaycan tərəfini Türkiyə ilə birlikdə bütün bu məsələlərdən istifadədə və ermənilər əleyhinə səs-küylü təbliğat kampaniyası aparmaqda ittiham edir. Yeni Azərbaycan Partiyası ?Nezavisimaya qazeta?nı millətlərarası münaqişələrdən və xüsusilə də Dağlıq Qarabağ konfilikti kimi mürəkkəb məsələlərdən yazarkən obyektiv olmağa, faktları tərif etməməyə və qərəzli mövqe tutmamağa çağırır. Məktubda qeyd olunur ki, oxucuları çaşdırmağa yönələn belə mövqe qəzetinizin obyektiv imicinə ciddi zərbə vurur və jurnalistikanın bütün fundamental prinsiplərinə ziddir.

Digər xəbərlər
SON XƏBƏRLƏR