Fidan Hacıyeva: ?Məqsədim Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır?

img

05-03-2010 [01:48]


Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva martın 17-də solo-konsert proqramı ilə çıxış edəcək. Konsert və yaradıcılığındakı yeniliklərlə bağlı geniş məlumat vermək məqsədi ilə Fidan Hacıyeva bu gün mətbuat konfransı keçirib. Konfransda çıxış edən vokalçı bildirib ki, o, solisti olduğu Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçıların görüşünə gələcək. Konsertə çox ciddi hazırlaşdığını və məhz bu konsert üçün yeni proqram hazırladığını açıqlayan F.Hacıyeva deyib ki, konsertdə professor Hüseyn Əliyevin sinfi də səhnəyə çıxacaq: ?Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclərlə həmin gün çoxsaylı duetlər ifa edəcəyəm. Artıq konsertlə bağlı ciddi hazırlıq işlərinə başlamışıq və hər birimiz öz üzərimizə düşəni yüksək səviyyədə həyata keçirəcəyimizə əminik. Həmin gün tamaşaçılar qarşısında dünya klassikası və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəyəm. Xüsusi romanslar və mahnılar hazırlayırıq. Üç saata yaxın konsert proqramında eyni zamanda ?Samson Dalila?, ?Karmen?, ?Arşın mal alan?, ?Sevil? operasından əsərlər səslənəcək. Gəncləri də o səhnəyə çıxarmağımda məqsədim isə Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır?. F.Hacıyeva bir məqamı da diqqətimizə çatdırdı ki, martın 17-də baş tutacaq bu konsertdə bu günədək Azərbaycanda səslənməmiş dünya musiqisindən əsərlər də yer alacaq. Konsertdə ifa olunacaq musiqiləri isə Yaşar İmanov tərəfindən tam yeni formada aranjiman olunur. Akademik Opera və Balet Teatr Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulan bu konserti elə sözügedən orkestrin baş dirijoru Cavanrşir Cəfərov idarə edəcək. Məhz bu konsert üçün isə Fidan Hacıyeva Böyük Britaniya modelyerlərinə xüsusi səhnə geyimləri sifariş edib. Geyimlərinin müəllifi Böyük Britaniyanın tanınmış modelyeri Brend Lorendir. Vokalçının konserti üçün yeni səhnə dekorasiyası da hazırlanır. Artıq bununla bağlı da qərara gəlindiyini qeyd edən solist, səhnə dekorasiyasının Opera və Balet Teatrının dizaynerləri tərəfindən klassik üslubda hazırlandığını qeyd edib. F.Hacıyeva onu da deyib ki, konsertinin biletlərinin qiyməti 15-25 manat arasındadır: ?Konsertin biletlərini ucuz qoymağımızda məqsəd konsertə gəlmək istəyində olan bütün tamaşaçıların iştirakını təmin etməkdir. Klassika sevərlər adətən daha az əmək haqqı alan insanlar olur. Mən bunların hamısını nəzərə almışam və hər birini konsertimdə gözləyirəm?. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyi və vesti.az xəbər portalına məxsusdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA