Azərbaycanı ?Eurovision - 2010"da Səfurə Əlizadə təmsil edəcək

img

03-03-2010 [12:35]


Martın 2-də Bakıdakı "Buta Palace" sarayında Azərbaycanın ?Eurovision - 2010" mahnı müsabiqəsindəki ifaçısının seçilməsi üçün milli final konserti keçirilib. Milli final konsertində Məryəm Şabanova, Səfurə Əlizadə və ?Milk&Kisses? qrupu mübarizə aparıb. Onlardan yalnız biri Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision - 2010" müsabiqəsində təmsil etmək hüququ qazanacaqdı. Milli final konsertində iştirakçılar beş əcnəbi bəstəkara məxsus?Cancelled?, ?Don?t Let The Morning Come?, ?Drip Drop?, ?Soulless? və ?Under My Skin? mahnılarını ifa ediblər. Münsiflərin gərgin müzakirələri və səsverməsindən sonra Azərbaycanın ?Eurovision? müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli münsiflər adından yekun qərarı elan edib. Səsvermə nəticəsində milli finalın qalibi Səfurə Əlizadə olub. ?Eurovision - 2010" mahnı müsabiqəsi bu il mayın 29-də Norveçin paytaxtı Osloda keçiriləcək. ?Eurovision? müsabiqəsinin finalına çıxmaq uğrunda iştirakçılar iki yarımfinal qrupunda mübarizə aparacaq. 25 mayda 1-ci yarımfinal qrupunda Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, İslandiya, Moldova, Malta, Portuqaliya, Makedoniya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Estoniya yarışacaq. 27 mayda 2-ci yarımfinal qrupunda İsveçrə, Litva, Gürcüstan, Türkiyə, İslandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland (Hollandiya), Bolqarıstan, Xorvatiya, Danimarka, Azərbaycan, Kipr, Rumınıya, İsrail, Ermənistan yarışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA