ibrahim Tatlısəs ?Balyoz? planı ilə əlaqədar polis tərəfindən saxlanılıb

img

02-03-2010 [02:02]


Bu gün Özbəkistanın paytaxı Daşkənddə konsert verməsi gözlənilən İbrahim Tatlısəsin özbək pərəstişkarları məyus olublar. İbrahim Tatlısəsin Daşkənd konserti məlum olmayan səbəblərdən gözlənilmədən təxirə salınıb. Türk estradasının kralının öskürəkdən əziyyət çəkdiyi və bu səbəbdən konsertin baş tutmadığı bildirilir. Show-biznes.az saytının əldə etdiyi məlumata görə isə , İbrahim Tatlısəsin konsertinin təxirə salınmasına onun ?Balyoz? planı ilə əlaqədar Türkiyə polisi tərəfindən saxlanılması səbəb olub. İfadəsi alınmaq üçün bir neçə saatlıq müvəqqəti saxlanılan ?Kral? sonradan sərbəst buraxılıb. Lakin bundan sonra onun səhhətilə bağlı problemi yaranıb və həkim müayinəsindən keçib. Qeyd edək ki, təkrar təxirə salınmasa aprelin 4-ə təyin olunan Tatlısəsin Daşkənd konserti 4200 nəfərlik salonda baş tutacaq.Bilet alanlara artıq bu barədə məlumat da verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA