?Eurovision-2010? milli finalda ifa olunacaq mahnılar məlum oldu

img

01-03-2010 [03:10]


?Eurovision-2010? mahnı müsabiqəsinin milli final mərhələsində ifa olunacaq mahnıların adları məlum olub. Mahnılar beş əcnəbi bəstəkara məxsusdur. ?Cancelled?, ?Don?t Let The Morning Come?, ?Drip Drop?, ?Soulless? və ?Under My Skin?. Mahnıların adları artıq bəlli olsa da, müəlliflərin adları final konsertində açıqlanacaq. Ölkəmizi təmsil edəcək iştirakçı, "Evrovision-2010" yarışmasında məhz bu mahnılardan biri ilə çıxış edəcək. Qeyd edək ki, Azərbaycanı ?Eurovision-2010? mahnı müsabiqəsində təmsil etmək uğrunda üç namizəd ? Səfurə Əlizadə, Məryəm Şabanova və ?Milk&Kisses? qrupu yarışacaqlar. ?Eurovision-2010? mahnı müsabiqəsinin milli final seçimi martın 2-də ?Buta Palace?da, parti şəklində keçiriləcək. Milli final gecəsi İTV vasitəsilə canlı yayımlanacaq. Səsvermə münsiflər heyətinə həvalə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA