?Reytinq? qəzeti KiV Fonduna layihə təqdim edib

img

27-02-2010 [02:24]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə ?Reytinq? qəzeti də layihə təqdim edib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəylinin sözlərinə görə, hazırladıqları layihə kifayət qədər əsaslı və mətbuatın inkişafı üçün önəmlidir: ?Hesab edirəm ki, hazırladığımız layihə müsbət qiymət alacaq. Layihəmizdə toxunduğumuz məsələ, layihənin hazırlanması və lazım olan bütün sənədlər qaydasındadır. Düşünürəm ki, layihəmiz müsabiqənin şərtlərinə tam uyğundur və hər hansı problemlə üzləşəcəyimizi gözləmirik. Bu baxımdan qalib olacağımıza ümidvaram. Zənnimcə, layihəmiz bu dəfə layiq olduğu qiymətini alacaq?. Xatırladaq ki, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 19-da keçirilən iclasında 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR