Prezident ?AzərTAc? dövlət agentliyinin əməkdazlarının təltif edilməsi haqqında sərəncam imzalayıb

img

26-02-2010 [07:28]


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun 3-cü dərəcəli ?Vətənə xidmətə görə? ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. A.Aslanov Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib. Prezidentin digər sərəncamı ilə Azərbaycanda KİV-in inkişafında xidmətlərinə görə və ?AzərTAc?ın 90 illiyi ilə əlaqədar aşağıdakı şəxslər ?Tərəqqi? medalı ilə təltif olunublar: Abdullayeva Sevinc Nazim qızı Əliyev Sabir Yunis oğlu Seyidov Vüqar Nadir oğlu Ağayev Adil Saday oğlu Axundova Ayşə İsgəndər qızı Mehrəliyeva Şəfəq Akif qızı Kazımov Qulu Nadir oğlu Əliyeva Salihat Şamil qızı Ağazadə Zeynal Fərrux oğlu Dövlət başçısı Azərbaycanda KİV-in inkişafında böyük xidmətlərinə görə Əliyeva Elmira İsmayıl qızına Azərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR