MQP bazqanı qəzet və agentlik sahibi olması barədə KiV-də gedən xəbərləri yalanladı

img

25-02-2010 [06:36]


Milli Qurtuluş Partiyasının lideri, DUİ Sədrlər Şurasının üzvü Vüqar Bəyturan son dövrlər bəzi mətbuat orqanlarında rəhbərlik etdiyi partiya və şəxsən özü haqqında verilən əsassız yazılara münasibət bildirib. Vüqar Bəyturan deyib: ?Bizə olunan təhdid məzmunlu zənglər barədə Ramiz Mehdiyevə, Eldar Mahmudova və Ramil Usubova müraciət edəndən sonra qaldırılan məsələlərə aydınlıq gətirmək əvəzinə hakimiyyətin birbaşa və dolayısı yolla təsirində olan mətbuat orqanları vasitəsilə siyasi nüfuzumuza, şəxsi şərəf və heysiyyatımıza zərbə vurmaq məqsədilə silsilə yazılar verilir. Bu yazılarda yer alan böhtanları təkzib etmək üçün hər hansı açıqlama vermək qarşı tərəfin səviyyəsinə enmək kimi qiymətləndirilə bilinəcəyindən biz bu yolu seçmədik. Məhkəmələrin müstəqil olmadığı məlum olduğuna görə məsələnin hüquqi yolla aradan qaldırılmasına da lüzum görmədik. Sadəcə, hakimiyyətyönlü mətbuatdan peşə fəaliyyətini, eləcə də sifarişli mirzəliklərini şəxsimə və rəhbərlik etdiyim partiyaya yönəltməmələrini tələb edir, əks təqdirdə etdiklərinin çox ciddi qarşılığı ilə üzləşəcəklərini nəzərlərinə çatdırıram. Eyni zamanda bəzi dost mətbu orqanlar da bilməyərəkdən bizə qarşı kampaniyaya dəstək verərək mənim və partiyamın qəzetə və informasiya agentliyinə malik olmamız barədə xəbərlər yayıb. Bəyan edirəm ki, MQP-nin mətbu orqanı 10 ildən çoxdur ki, işıq üzü görmür, mənim isə heç vaxt nə qəzetim, nə də informasiya agentliyim olmayıb. Ona görə bu tip məlumatlar verməklə, maddi imkansızlıq içində çabalayan bir partiyanı fərqli biçimdə təqdim etməklə içtimaiyyəti çaşdırmaq düzgün addım deyil və biz bunu qınayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR