Mətbuat Şurasının ?Xocalı Soyqırımını Tanıtma? ictimai Birliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri müəyyənləzdi

img

25-02-2010 [06:31]


Fevralın 25-də Azərbaycan Mətbuat Şurasının və ?Xocalı Sayqırımını Tanıtma? İctimai Birliyinin ?Azərsun Holdinq?in maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi ?Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək? layihəsi çərçivəsində baş tutan media müsabiqəsinə yekun vurulub. Bu münasibətlə ?Azərsun Holdinq?in mədəniyyət mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi düzənlənib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə ?Azərsun Holdinq?in mətbuat katibi Afiq Səfərov açıb. ?Azərsun Holdinq?in vitse-prezidenti Tahir Gözəl çıxış edərək Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı müsabiqənin təşkilini ölkənin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib. O, medianın türk dünyasının ortaq faciəsi olan olaya münasibətdə daha mütəşəkkil mövqe tutmasının zəruriliyini bildirib. Müsabiqənin belə xeyirxah mərama xidmət etdiyini deyən cənab Gözəl təmsil olunduğu qurumun bu cür tədbirlərə hər zaman dəstək olacağını vurğulayıb, təşkilatçılara təşəkkürünü yetirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən ağır cinayət faktlarından biri kimi dəyərləndirib. Dəhşətli hadisəyə ölkə mediasının hər zaman böyük diqqət göstərdiyini nəzərə çatdırıb. Şura sədri bildirib ki, KİV-lər dünya miqyasında Azərbaycanın ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir: ?Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 20 faizdən artıq torpağımız işğal altındadır. Mövcud durumda dövlət qurumları ilə yanaşı ictimai təşkilatların, həmçinin medianın da üzərinə mühüm missiya düşür. KİV-lər 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mbvqe tutmalıdırlar?. Ə.Amaşov müsabiqənin məramından söhbət açarkən əsasən xarici auditoriya üçün nəzərdə tutulan materialların müəyyənləşdirilməsi olduğunu deyib. Qarabağ mövzusu və Xocalı faciəsinin işıqlandırılması meylinin gücləndiyini vurğulayan MŞ sədri diqqəti ölkənin aparıcı media vasitələrində dərc olunan materialların təxminən səksən faizinin müsabiqəyə təqdim edildiyinə yönəldib. O, bunu həm prosesə marağın, həm də jurnalistlərin mövzuya həssas münasibətinin nəticəsi kimi dəyərləndirib. Müsabiqənin Münsiflər Heyətinin sədri, millət vəkili, ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaradıcılıq bəhsləşməsinin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Ümumilikdə 7 nəfərin təmsil olunduğu heyətin 76 yazını nəzərdən keçirdiyini bildirən B.Sadıqov qalibləri təbrik edib. B.Sadıqovun sözlərinə görə, şəffaflıq prinsiplərinin qorunması üçün işçi qrupu tərəfindən toplanan materialların elektron variantı münsiflər heyətinə imzasız şəkildə verilib. Hər münsifin balı öncədən hazırlanan cədvəldə yerləşdirilib və yekun iclasda bütün ballar toplanaraq qaliblərin adları müəyyənləşdirilib. Sonra müsabiqə qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub. Baş mükafata ?Kaspi? qəzetinin əməkdaşı Sənan Nəcəfov sahib çıxıb. Digər mükafatlar aşağıdakı şəxslərə təqdim edilib. 2-ci yer: Ceyhun Musaoğlu Səriyyə Müslimqızı 3-cü yer: Rufik İsmayılov Cəvahir Səlimqızı Kəbutər Haqverdiyeva Araşdırma yazısı nominasiyası: Saleh Bəy Qarabağlı Həvəsləndirici mükafat nominasiyası: 1. Bəxtiyar Elcan 2. Nicat İntiqam 3. Elçin Bayramlı 4. Əziz Mustafa 5. Səbinə Mövsümova 6. Zülfiyyə Quliyeva 7. Seymur Verdizadə 8. Əntiqə Rəşidqızı 9. Novruz Novruzov MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas çıxışında ?Azərsun Holdinq?in Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərindən söhbət açıb: ?Şirkət bir çox önəmli layihələrin reallaşdırılmasında iştirak edir. Bu, ölkə mediasının diqqətindən yayınmır. Düşünürəm ki, qurumun Xocalı faciə kimi taleyüklü bir məsələnin dünya ictimaiyyətinə çatdırılması istiqamətində baş tutan belə bir müsabiqəyə dəstək verməsi olduqca təqdirəlayiqdir?. ?Xocalı Soyqırımını Tanıtma? İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər natiqlər müsabiqənin önəmli cəhətlərinə diqqəti yönəldərək onun baş tutmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, müsabiqənin Münsiflər Heyətinin tərkibinə millət vəkili, ?Azərbaycan? qəzetinin baş redaktoru B.Sadıqovdan başqa ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid, ?Bizim yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, millət vəkili Elman Məmmədov, Əsir və İtkin Düşmüş Vətəndaşların işi üzrə Dövlət Komissiyasının üzvü Mahir Cavadlı, Azərbaycan Respublikasının Diaspora Komitəsinin əməkdaşı Elşad Miralim daxil idi. Müsabiqəyə 1 sentyabr 2009-cu ildən 10 fevral 2010-cu ilədək KİV-lərdə dərc olunan 76 məqalə təqdim edilib. Məqalələrdən 36-ı gündəlik, 32-i həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 5-i informasiya agentliyində, 2-i xəbər portalında, 1-i isə radionun rəsmi internet səhifəsində dərc olunub. Məqalələr 22 gündəlik, 13 həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 3 informasiya agentliyində, 2 xəbər portalında və 1 radio internet səhifəsində olmaqla ümumilikdə 41 kütləvi informasiya vasitəsində dərc edilib. Onlardan 64-ü 2010-cu, 12-i 2009-cu ildə çıxıb. 3 məqalə rus dilində təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR