Martın 5-i Yazdığı tənqidi məqaləyə görə ADNA-dan xaric olunan jurnalist Elmin Bədəlovun məhkəməsidir

img

24-02-2010 [06:21]


Yazdığı tənqidi məqaləyə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından qanunsuz şəkildə xaric olunan jurnalist Elmin Bədəlovun ADNA-dan və rektor Siyavuş Qarayevdən şikayətinə martın 5-i Nəsimi Rayon Məhkəməsində baxılacaq. Elmin Bədəlovun hüquqlarını müdafiə etmək üçün Media Hüququ İnstitutundan təmin edilən vəkili Fariz Namazlı bu barədə məlumat verib: ?Artıq məhkəmə başlamaq üzrədir. Martın 5-i saat 16.00-da Elmin Bədəlovun məhkəməsinin birinci prosesi olacaq.? Qeyd edək ki, məhkəmə prosesi hakim İkram Şirinovun sədirliyi altında keçiriləcək. Elmin Bədəlov pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Jurnalist Azərbaycan Dövlət Neft Akademiyasını və ali məktəbin rektoru Səyavuş Qarayevi məhkəməyə verib. Qeyd edək ki, jurnalist Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı yazdığı yazısına görə akademiyadan xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR