çingiz Abdullayevin daha bir əsəri-?Tərsinə çevrilmiz dünya? ekranlazdırılacaq

img

23-02-2010 [03:06]


Kinorejissor Ənvər Əbluc xalq yazıçısı Çingiz Abdullayevin ?Tərsinə çevrilmiş dünya? əsəri əsasında yeni film çəkəcək. Bu barədə məlumat verən kinorejissor, artıq filmin videosınaqları və aktyorların seçiminin başladığını bildirib. Rejissor cari ilin aprelindən filmin çəkilişlərinə başlanılacağını deyir. Ç.Abdullayevin ssenarisi əsasında ekranlaşdırılacaq filmin çəkilişləri Bakı və Tehranda aparılacaq. Ənvər Əbluc filmdə Azərbaycan və İran polislərinin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan qüvvələrə qarşı birgə mübarizəsindən bəhs olunacağını deyir. Rejissorun fikrincə bu ekran əsəri, həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir iş olacaq. Dövlət sifarişi ilə çəkiləcək filmin cari ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA