Gürcüstanın "Eurovision-2010"-dakı təmsilçisi Bakıya gəlir

img

22-02-2010 [07:05]


Gürcüstanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Sofo Nijaradze Bakıya gələcək. Bu barədə ?Eurovision? müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib. Onun sözlərinə görə, Sofo Nijaradze ?Eurovision-2010? Azərbaycan milli final konsertində finalçılar - Məryəm Şabanova, Safura Əlizadə və ?Milk&Kisses? qrupuna dəstək olmaq məqsədilə martın 2-də ?Buta Palace?da düzənlənəcək konsertdə iştirak edəcək. A.Kərimli onu da qeyd edib ki, Gürcüstan təmsilçisi "Eurovision-2010" müsabiqəsində ifa edəcəyi mahnını ?Buta Palace?nın səhnəsində oxuyacaq. Qeyd edək ki, martın 2-də düzənlənəcək ?Eurovision-2010? Azərbaycan milli final konsertində ölkəmizi bu nüfuzlu müsabiqədə təmsil edəcək şəxs və onun ifa edəcəyi mahnı seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA