?Bələdiyyələr gənclərin gözü ilə? məqalə müsabiqəsinin qalibləri bəlli oldu

img

22-02-2010 [01:07]


Bu gün Gənclər üçün Təhsil Mərkəzinin ötən ilin sonunda elan etdiyi ?Bələdiyyələr gənclərin gözü ilə? məqalə müsabiqəsinin nəticələrinin təqdimat mərasimi olub. Mərasimi giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev müsabiqənin ?Bələdiyyələrə dəstək, özümüzə kömək? proqramı çərçivəsində elan edildiyini və əsas məqsədin gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olduğunu bildirib. Müsabiqəyə təqdim edilən 50-yə yaxın məqalə ümumilikdə aşağıdakı mövzulara həsr olunub: ? Bələdiyyə və gənclər əməkdaşlığı; ? Bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi; ? Gənclər və bələdiyyə seçkiləri; ? Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları; ? Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu; ? Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri. Mərasimdə çıxış edənlər müsabiqənin əhəmiyyətini vurğulayaraq, onun bələdiyyələrlə bağlı məsələlərin daima gündəmdə olması üçün atılan uğurlu bir addım olduğunu, bu sahənin daima tədqiq edilməsinin zəruriliyini qeyd etdilər. Beləliklə, məqalə müsabiqəsinin nəticələrinə əsasən aşağıdakı şəxslər qalib oldular: 1-ci yer: Fuad Hüseynzadə (jurnalist); 2-ci yer: Əfsanə Ələsgərova (jurnalist); 3-cü yer: Eldəniz Zeynalov (tələbə). Sonda qaliblərə Gənclər üçün Təhsil Mərkəzinin diplomu və hədiyyələri təqdim olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR