Bu gün xalq artisti Arif Babayevin ad günüdür

img

20-02-2010 [12:53]


Bu gün Azərbaycanın Xalq artisti xanəndə Arif Babayevin ad günüdür. Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. 1998-ci ildə ?Şöhrət ordeni?nə layiq görülüb. Xalq artistidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA