Azərbaycanı ?Eurovision-2010?da təmsil edəcək zəxs martın 2-də seçiləcək

img

19-02-2010 [04:58]


Azərbaycanı ?Eurovision-2010? mahnı müsabiqəsində təmsil edəcək şəxs martın 2-də seçiləcək. Bu məqsədlə ?Buta Palace?da ?Eurovision-2010? Azərbaycan milli final konserti keçiriləcək. Bu açıqlamanı www.itv.az saytına ?Eurovision? müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. A.Kərimli bildirib ki, Milli final da yarımfinal konserti kimi tam ?Eurovision? formatında təşkil olunacaq və üç namizəd - Məryəm Şabanova, Safura Əlizadə və ?Milk&Kisses? qrupu Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci ?Eurovision? müsabiqəsində təmsil etmək uğrunda yarışacaqlar: ?Finalçıların hər biri həm öz repertuarlarından, həm də xüsusi olaraq ?Eurovision-2010? mahnı müsabiqəsi üçün yazılmış bir neçə ifa təqdim edəcəklər. İfaçıların finalda duet formasında çıxışı nəzərdə tutulmayıb. Milli final konserti ?Eurovision-2010?da Azərbaycanı təmsil edəcək şəxsin və onun ifa edəcəyi mahnının seçilməsi ilə başa çatacaq. Konsertdə xarici ölkədən gələn ifaçıların da iştirakı nəzərdə tutulur?. Nümayəndə heyətinin rəhbəri final konsertində tamaşaçıların yalnız dəvətnamə əsasında iştirak edəcəklərini deyib. Onun sözlərinə görə, Milli final konserti İctimai Televiziya və Radio ilə canlı yayımlanacaq. Xatırladaq ki, fevralın 2-də Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli yarımfinal konsertində 6 namizəd arasından 3-ü finala vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA