?Avropa-Azərbaycan Mədəniyyəti Cəmiyyəti? ictimai Birliyi təsis edildi

img

18-02-2010 [12:38]


Bu günlərdə ?Avropa-Azərbaycan Mədəniyyəti Cəmiyyəti? İctimai Birliyinin təsis yığıncağı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən cəmiyyətin sədr müavini Nizami Məmmədovun sözlərinə görə, cəmiyyətin yaradılmasında məqsəd Azərbaycan-Avropa mədəni dostluq əlaqələrini inkişaf etdirmək, milli mədəni dəyərlərimizin, həmçinin Azərbaycanın turizm imkanlarının Avropa ölkələrində, Avropa mədəni dəyərlərini isə Azərbaycanda təbliğ etməkdir. Bu məqsədə çatmaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə, Avropa ölkələrinin mədəniyyət və turizm nazirliklərilə, həmçinin Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə, Avropa ölkələrinin Azərbaycandakı səfirlikləri və müxtəlif təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırdıqlarını söyləyən Nizami Məmmədov artıq iki layihə üzərində çalışdıqlarını da qeyd edib. Təsis yığıncağında cəmiyyətin strukturu müəyyənləşmiş, Xürrəm (SULTAN) Nəbiyev isə təşkilatın sədri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA