Milli Teatr Festivalına start verilir

img

17-02-2010 [05:54]


2010-cu ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalının keçirilməsi planlaşdırılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə, festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılmış və tənqidçilər qrupunun tərkibi təsdiq edilib. Festivalın fevral-mart aylarıə üçün repertuarını və tənqidçilər qrupunun tərkibi təqdim olunur. [b]Tənqidçilər qrupu:[/b] Məryəm Əlizadə - sənətşünaslıq doktoru, professor İlham Rəhimli - sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov- sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə - sənətşünaslıq namizədi Əli Əmirli - dramaturq Elçin Hüseynbəyli-dramaturq Vəfa Mühacirova - gənc tənqidçi [b]2010-CU İL MİLLİ TEATR FESTİVALININ CƏDVƏLİ[/b] [b]Teatrın adı Tarix Göstəriləcək tamaşalar Məkan[/b] 1. Gəncə Dövlət Dram Teatrı 22 fevral- Elçin ?Ölüm hökmü?, Gənc Tamaşaçılar Teatrı, Saat 19.00 23 fevral- Ə.Əmirli ?Varlı qadın?, Gənc Tamaşaçılar Teatrı, Saat-19.00 24 fevral- Ə.Əmirli ?Varlı qadın?,Sumqayıt Teatrı, Saat-14.00 2.Gəncə Dövlət Kukla Teatrı 23 fevral- R.Həsənli ?Ağca və Sarıca?, Dövlət Kukla Teatrı- Saat 14.00 24 fevral- ?Şəngülüm, Şüngülüm, Məngülüm?, Dövlət Kukla Teatrı- Saat 14.00 3.Şuşa Dövlət Musiqili Dram Teatrı 25 fevral-Ç.Aytmatov ?Dəniz kənarıyla qaçan alabaş?, Rus Dram Teatrı, Saat-19.00 26 fevral-E.Abdullayeva ?Ağ qayıq?, Sumqayıt Teatrı, Saat-17.00 4.Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 27 fevral-R.Hacıyev ?Talelər qovuşanda?,Musiqili Komediya Teatrı, Saat 19.00 28 fevral-Ü.Hacıbəyli, ?Arşın mal alan?, Musiqili Komediya Teatrı, Saat 19.00 5.Lənkəran Dövlət Dram Teatrı 1 mart-M.Xubai ?Şeytanın oyunları?, Aktyor evi, Saat 19.00 2 mart-V.Səmədoğlu, ?Mamoy kişinin yuxuları? Aktyor evi, Saat 19.00 3 mart-M.Xubai ?Şeytanın oyunları?, Sumqayıt Teatrı, Saat 17.00 6.Sumqayıt Dövlət Musiqili Dram Teatrı 4 mart-Ə.Haqverdiyev ?Şah?, Aktyor Evi, Saat 19.00 5 mart-Ç.Aytmatov ?Ümid sahili?, Sumqayıt Teatrı, Saat 17.00 6 mart-Y.Onil "Qarağaclar altında məhəbbət", Sumqayıt Teatrı, Saat 17.00

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA