Azərbaycan haqqında kitablar Budapezt kitabxanasında

img

17-02-2010 [04:48]


Cari ilin 9 fevral tarixində Macarıstanın Szabo Ervin adına Budapeşt şəhər kitabxanasında ?Azərbaycan kitabxanada? adlı tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kitabxanada macar dilində nəşr edilmiş və Macarıstandakı Səfirliyimiz tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar nümayiş etdirilirdi. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar oxucularının marağına səbəb olub. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi də təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kiss Balas açmış və qeyd etmişdir ki, Azərbaycanla bağlı kitabxanada təşkil olunmuş sərgilər oxucuların böyük marağına səbəb olub. Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı Səfiri Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti, iki xalq arasındakı tarixi qohumluq kökləri haqqında məlumat verib. Sərgilər fevral ayının sonuna qədər kitabxanada nümayiş etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA