DAK Güney Azərbaycandakı son durumla bağlı mətbuat konfransı keçirəcək

img

17-02-2010 [12:41]


Dünya Azərbaycanlıları Konqresi (DAK) ?İran adlanan yerdə baş vermiş son hadisələr və oradakı azərbaycanlıların durumu? mövzusunda mətbuat konfransı keçirəcək. Xatırladaq ki, 2010-cu ilin yanvarından bəri azərbaycanlılara, xüsusilə jurnalistlərə yazarlara, gənclərə və s. qarşı təqib və təzyiqlər şiddətlənib, son ay yarım ərzində öz milli hüquqlarını tələb edən yüzlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum ediliblər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR