Bəyimxanım klipi onun iztirakı olmadan təqdim edildi

img

16-02-2010 [06:41]


Muğam müsabiqəsinin öz istedadı ilə ən yadda qalan iştirakçılarından olan Bəyimxanım Mirzəyevanın ikinci klipi jurnalistlərin müzakirəsinə çıxarıldı. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk dəfə idi ki, səbəbkar özü tədbirdə iştirak etmirdi. Gənc xanəndənin mətbuat katibi Könül Muxtarova bunun səbəbini onun anasının vəfatı ilə bağlı olduğunu bildirdi. Könül xanımın sözlərinə görə, elə klipin montajı da Bəyimxanımın iştirakı olmadan, yəni yaradıcı heyətin ona dəstəyi kimi həyata keçirilərək başa çatdırılıb. Təqdim olunan klip sözləri Sona Vəliyevaya, musiqisi Ruslan Səfəroğluna məxsus "Yollara yağış yağır" adlı mahnıya çəkilib. Klip gənc rejissor Ceyhun Kərimovun ilk işi olsa da, ümumilikdə müsbət qarşılandı. İki gəncin bir-birinə olan baş tutmayan sevgisi klipin süjet xəttinin əsasını təşkil edir. Müğənni özü klipdə hadisələrin müşahidəçisi kimi təqdim edilir. Könül Muxtarova yaxın gələcəkdə Bəyixanımın Sona Vəliyevanın sözlərinə oxuduğu mahnılardan ibarət albomunun işıq üzü görəcəyini də söylədi. Bəyimxanımı dəstəkləmək üçün tədbirə meyxanaçı Namiq Qaraçuxurlu və "Avroviziya" müsabiqəsinin milli seçim turunun yarımfinalçısı Azad Şabanov da gəlmişdilər. Məlum oldu ki, Namiq Qaraçuxurlu da şairə Sona Vəliyeva ilə işbirliyi qurub. Azad Şabanov isə adıçəkilən yarışmanın finalına keçə bilmədiyi üçün ruhdan düşmədiyini və gələn yenidən özünü sınamaq fikrində olduğunu bildirdi. O da öz növbəsində ilk klipini gənc rejissor Ceyhun Kərimova həvalə etdiyini dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA