Fidan Hacıyeva London modelyerləri ilə izbirliyinə bazlayıb

img

16-02-2010 [04:04]


Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva paytaxt əhli qarşısında solo-konsert proqramı ilə çıxış edəcək. Fidan Hacıyevanın bu konserti isə Novruz bayramı ərəfəsində, martın 17-də elə solisti olduğu Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçıların görüşünə gələcək. Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, konsertə çox ciddi hazırlaşan müğənni, məhz bu konsert üçün yeni proqram hazırlayır. İl ərzində bir dəfə tamaşaçılar qarşısında hesabat verən Fidan xanım, bu dəfə ki, konsertinin digərlərindən fərqlənəcəyini vurğulayıb: ?Konsertdə mənimlə birgə professor Hüseyn Əliyevin sinfi də səhnəyə çıxacaq. Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclərlə həmin gün çoxsaylı duetlər ifa edəcəyəm. Artıq konsertlə bağlı ciddi hazırlıq işlərinə başlamışıq və hər birimiz öz üzərimizə düşəni yüksək səviyyədə həyata keçirəcəyimizə əminik. Həmin gün tamaşaçılara dünya klassikası və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəyəm. Xüsusi romanslar və mahnılar hazırlayırıq. Üç saata yaxın konsert proqramında eyni zamanda ?Samson Davila?,? Karmen?, ?Arşın mal alan?, ?Sevil? operasından əsərlər səslənəcək. Gəncləri də o səhnəyə çıxarmağımda məqsədim isə Azərbaycanın istedadlı gənclərinin üzə çıxarmaqdır?. F.Hacıyeva bir məqamı da diqqətimizə çatdırdı ki, martın 17-də baş tutacaq bu konsertdə bu günədək Azərbaycanda səslənməmiş dünya musiqisindən əsərlər də yer alacaq. Konsertdə ifa olunacaq musiqiləri isə Yaşar İmanov tərəfindən tam yeni formada aranjiman olunur. Akademik Opera və Balet Teatr Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulan bu konserti elə sözügedən orkestrin baş dirijoru Cavanşir Cəfərov idarə edəcək. Məhz bu konsert üçün isə Fidan Hacıyeva Böyük Britaniya modelyerlərinə xüsusi səhnə geyimləri sifariş edib və elə bu məqsədlə də vokalçı bir həftəlik Londona gedib: ?Konsert üçün London modelyerləri ilə işbirliyinə başlamışam. Eksklüziv və xüsusi geyimlərlə pərəstişkarlarımın qarşısına çıxmağı düşünürəm. Mən səhnədə hər bir çıxışıma çox ciddi yanaşıram. Tamaşaçılar mənim üçün çox əzizdir və onlar qarşısında daima xüsusi görünməliyik?. Vokalçının konserti üçün yeni səhnə dekorasiyası da hazırlanır. Artıq bununla bağlı da qərara gəlindiyini qeyd edən solist, səhnə dekorasiyasının Opera və Balet Teatrının dizaynerləri tərəfindən klassik üslubda hazırlandığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA