Polis Bakıda keyfiyyətsiz duz istehsal edən sex azkarlayıb

Polis Bakıda keyfiyyətsiz duz istehsal edən sex azkarlayıb

KRİMİNAL

16.02.2010, 03:57

Bakıda keyfiyyətsiz duz istehsal edən sex aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Novxanı-Binəqədi şosesinin kənarında ?Kristal-N? fərdi şirkətinin duz sexində qida məhsulu üçün keyfiyyətsiz və dövlət standartlarının tələbinə cavab verməyən duz istehsalı və satışını təşkil edən sexə baxış keçirilib. Sexə baxış zamanı 7 400 qutu üzərində ?Kristal-N yodirovannaya sol AZN? sözləri yazılmış hazır duz məhsulu, 4 ton xammal və xeyli köməkçi materiallar aşkar edilərək maddi sübut kimi götürülüb. İşin təşkilatçısı Bakı şəhər sakini Elçin Süleymanov saxlanılaraq ifadəsi alınıb. Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR