?Natiq? ritm qrupunun - ?Ezq karvanı? konserti

img

16-02-2010 [01:19]


17 fevral tarıxində, Bakı Əyləncə Mərkəzinin ?Eliza? zalında Azərbaycanın əməkdar artisti Natiq Şirinov və rəhbərlik etdiyi ?Natiq? ritm qrupunun üzvləri növbəti konsert proqramı ilə ritmsevərlərin görüşünə keçirməyi planlaşdırır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qrupun mətbuatla əlaqələndiricisi İradə Nurəddinqızı məlumat verib. Onun sözlərinə görə, ?Ötən il ?Natiq? ritm qrupunun üzvləri üçün çox məhsuldar bir il kimi yadda qaldıb: ?Konsert soraqları təkcə ölkəmizdə yox, Azərbaycanın hüdudlarından kənarda da eşidirdi. Ümidavrıq ki, bu ənənə 2010-cu ildə də davam edəcək. İki gündən sonra Bakı Əyləncə Mərkəzinin ?Eliza? zalında ?Eşq karvanı? adlı konsert, başqa məram daşıyır. Belə ki, konsert İslam Peyğəmbəri Məhəməddin (s) əziz nəvəsi, İmam Hüseyn və Kərbəla şəhidləri başda olmaqla, bütün şəhid ruhlarına ithaf olunacaq. Adından göründüyü kimi konsertdə səslənəcək bütün kompozisiyalar xüsusi olaraq hazırlanıb?. Mətbuat katibi onu da bildirib ki, konsertdə xanəndə Elbrus Abdulzadə, tanınmış skiripaç Səlim Abbasovunu rəhbərlik etdiyi ?Skripkaçılar qrupu?, ilahi mahnılar ifaçıları Samir Salam, ?Bakı qrupu?, balaban ifaçısı Rafael və başqa musiqiçilərın iştirak edəcəklər: ?Onu da sevənlərin nəzərinə çatdıraq ki, Ritm dolu bir gecəyə bilet satışı nəzərdə tutulmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA