Nazpəri Dostəliyeva yenidən məhkəmə qarzısında

img

16-02-2010 [01:10]


Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı tərəfindən yenidən məhkəməyə verilib. Müğənninin vergi borcunun ödənilməsilə bağlı filial bu dəfə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Məhkəməyə ünvanlanmış ərizədə müğənninin 952 manatlıq vergi borcunun ödənilməsinə dair iddianın təmin olunması istənilib. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi müğənniyə qarşı iddianı təmin etməyib. Bundan sonra Vergilər Departamentinin 2 saylı filialı qərardan apelyasiya şikayəti verib. Hazırda işə Bakı Apleyasiya Məhkəməsində baxılır. Xatırladaq ki, N.Dostəliyeva təxminən bir il öncə də Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı tərəfindən məhkəməyə verilmişdi. Belə ki, filial həmin vaxt müğənninin 760 manatlıq borcunun ödənilməsi üçün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etmişdi. Filial müğənninin ?Mona Liza?, ?Kral? və digər restoranlarda oxuduğu toylara görə vergi ödəmədiyini iddia edir. Müğənni isə bu iddiaları qəbul etmir. lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA