Rəqsanənin səsində problem yaranıb

img

14-02-2010 [06:36]


Çoxsaylı problemlərini çətinliklə yoluna qoyandan sonra əvvəlkitək gündəmi zəbt etmək üçün çalışan müğənni Rəqsanə, arzusuna çata bilməyib. Ara-sıra efirə çıxan sənətçi istədiyi nəticəni ala bilmir. Artıq özünü elit müğənni kimi qələmə verməyə çalışan Rəqsanə xanımın yeni istiqamətdə addımları nəticəsiz qalır. Xatırladaq ki, qalmaqallardan və "bozbaş" mahnılardan uzaq olmağa söz verən müğənni muğam da öyrənir. Bunun üçün o, tanınmış xanəndə Elnarə Abdullayevadan dərslər alır. Müğənninin prodüseri Təranə Səmədovanın verdiyi məlumata görə, Rəqsanə yaz aylarında planlaşdırdığı solo-konsertində öz tamaşaçılarına xanəndəlik məharətini də nümayiş etdirmək niyyətindədir: "Ola bilər ki, tamaşaçılar bir qədər çox gözləməli olacaqlar. Çünki maliyyə böhranı biznesmenlərin işinə xüsusilə mənfi təsir göstərdiyindən, onlar konsert üçün böyük məbləğ ayıra bilmirlər. Çox güman, bu səbəbdən konserti payıza kimi təxirə salacağıq. Bununla belə, pərəstişkarlarımıza sürprizlərimiz də olacaq. Bu günlərdə sözləri Asif bəyə, musiqisi Rəqanənin özünə məxsus olan "Sən mənimsən, mən də sənin" adlı mahnıya klip də çəkdirməyə hazırlaşırıq. Klip Asif bəy tərəfindən Rəqsanə xanıma ərmağan olunacaq. Dinləyicilərimizi isə yaxın zamanlarda yeni albomla sevindirəcəyik". T.Səmədovanın bildirdiyinə görə, keçirdiyi plastik əməliyyatlar zamanı aldığı narkoz nəticəsində səsində problemlər yaranan Rəqsanə hazırda bununla əlaqədar müalicə kursu keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA