2009-cu ildə 110 jurnalist öldürülüb

img

11-02-2010 [03:14]


2009-cu ildə peşəsiylə əlaqədar olaraq hədəfə alınan 110 jurnalist həyatını itirib. Beləliklə, 2009-cu il son 10 ildə ən çox jurnalistin öldürüldüyü il olub. Bu məlumatlar mərkəzi Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute) illik Dünya Mətbuat Azadlığı hesabatında yer alıb. Hesabatda bildirilir ki, keçən il 55 jurnalistin öldüyü Asiya siyahıya liderlik edir. İkinci yerdə isə 2009-cu ildə 28 jurnalistin həyatını itirdiyi Latın Amerikası gəlir. Bundan başqa, keçən il Afrikada 14, 4-ü İraqda olmaqla Yaxın Şərqdə 6 jurnalist həlak olub. Qeyd edək ki, İraqda 2008-ci ildə 14 jurnalist öldürülüb. Keçən il Avropada 7 jurnalist öldürülüb. Hesabata görə, Rusiyada 5, Türkiyədə 1, Azərbaycanda 1 jurnalist həyatını itirib. Beynəlxalq Mətbuat İnstitutunun məlumatlarına görə, dünyada son 10 ildə peşəsiylə əlaqədar olaraq 735 jurnalist öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR