Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri yol qəzasında dünyasını dəyizib

img

11-02-2010 [01:22]


Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Şöbəsinin təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi, professor Leyla Axundzadə yol qəzasında həlak olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, L.Axundzadə uzun illər Azərbaycan İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında pedoqoji fəaliyyətlə məşğul olub. Hadisə dünən axşam saat 19.00 radələrində Elmlər Akademiyası metrostansiyası qarşısında baş verib. Şəxsi avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən L.Axundzadə 70 saylı sərnişin avtobusunun zərbəsinə tuş gəlib. Zərbə güclü olduğundan incəsənət xadimi hadisə yerində dünyasını dəyişib. Avtobusun sürücüsü könüllü təslim olub. Bu, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Eyvaz Məhərrəm oğlu Əliyevdir. Faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinyət işi açılıb. L.Axundzadə ilə vida mərasimi Təzə Pir məscidində olacaq. O, Fatmayi qəbiristanlığında dəfn olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA