Vüqar Səfərli 2009-cu ilin yekunları və 2010-cu ildə qarzıda duran vəzifələrlə bağlı hesabat verib

img

10-02-2010 [01:38]


Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr ilə bağlı ?Trend? İnformasiya Agentliyinin akt zalında mətbuat konfransı keçirib. V.Səfərli ötən il KİV-lərin həyata keçirdiyi layihələrlə bağlı xeyli iradlarını bildirib. O, qeyd edib ki, layihələrin həyata keçirilməsində zəiflik, çatışmazlıqlar var: ?Mühasibat uçotu yox dərəcəsindədir. Biznes planlarını dəfələrlə dəyişdirənlər oldu. Bu da onu göstərir ki, belələri layihələri kiməsə yazdırılar. Birinci il olduğundan hamıya güzəştə getdik. Amma bundan sonra belə olmayacaq. Heç bir güzəştdən söhbət gedə bilməz?. Fondin icraçı direktoru onu da bildirib ki, ötən il layıhəsi qəbul edilən qəzetlərin bəziləri bu dəfə müsabiqədə iştirak edə bilməyəcəklər: ?Bu onların layihənin gerçəkləşdirilməsi zamanı yol verdikləri ciddi pozuntularla bağlıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR