Rəsmiyyə Nurməmmədova: ?Toya həm məcburiyyətdən, həm də istəkdən gedirəm?

img

09-02-2010 [05:21]


Bəlkə də onu çoxlarınız efirdə az-az görmüsünüz. Amma Musiqili Komediya teatrının tamaşalarına baxanlar bu aktrisanı tanımamış deyillər. İyirmi ildən artıqdır ki, səhnədə olmasına baxmayaraq, nə fəxri adı, nə də təmtəraqlı həyat tərzi yoxdur. Onunla teatrda baş tutan söhbətimizdə teatr həyatından, gündəlik qayğılarından, maddi vəziyyətindən, həmkarları ilə münasibətindən danışmışıq. Beləliklə, Müstəqil İnformasiya Agentliyinin müsahibi Dövlət Musiqili Komediya Teatrının aktrisası Rəsmiyyə Nurməmmədovadır. [b]-Özünüz haqda oxuculara məlumat verərdiniz. [/b] - 1968-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşam. Orta məktəbə də 5 yaşında getmişəm. 1984-cü ildə orta məktəbi biritib İncəsənət İnstitutuna daxil olmuşam və 1989-cu ildə oranı bitirmişəm. Sonra təyinatımı Gəncə Dövlət Dram teatrına aldım. Ancaq orada işləmədim. Mən beşinci kursda oxuyanda təsərrüfat hesablı teatr yaradılmışdı. Rəhmətlik Cahangir Məmmədovun yaratdığı həmin teatrda oxuya-oxuya işləyirdim. Ona görə də həmin teatrdan mənim təyinatımı Gəncədən geri aldılar və mən Bakıda qalası oldum. Sonra mənim bir rəfiqəm Tənqid-Təbliğ teatrında işləyirdi, onun yanına getmişdim. Həmin vaxt o teatrda rəhmətlik Hacı müəllim (Hacıbaba Bağırovu nəzərdə tutur-i.V) işləyirdi. Gördüm ki, mərhum aktyorumuz Fuad Əhmədov mənimlə rastlaşdı. O məni tanıyırdı. Dedim ki, rəfiqəmin yanına gəlmişəm. Dedi ki, biz yeni bir əsər götürmüşük və onun baş rolunun ifası üçün gənc qıza ehtiyacımız var. O vaxta kimi ?Yad qızı?nda Nazanı, Cahangir Məmmədovun ?Hicran? tamaşasında Pərvanə rolunu oynamışdım. Məni itələyə-itələyə Hacı müəllimin otağına saldı. Təsəvvür edirsinizmi, nə vaxt qol çəkdiyimdən, ərizə yazdığımdan heç xəbərim də olmadı. Dedilər ki, sabah işdə olmalısan. O zaman ?Həlilik? tamaşasını götürmüşdülər. Bu teatrda ilk işim həmin tamaşada Fənarə obrazı oldu. O tamaşanı uzun illər oynadıq. 1996-cı ildə Hacı müəllim Musiqili Komediya Teatrına direktor təyin olunandan sonra həmin tamaşa burada da oynanıldı. [b]- Sizin üçün ən rahat tərəf müqabili kimdir?[/b] - Mən tərəf müqabili sözünü düz hesab etmirəm. Çünki səhnədə hamı oynayır. [b]- Yaxşı kiminlə oynamaq daha rahatdır?[/b] - Heç kimlə oynamağa çətinlik çəkmirəm. Amma məsələn ?Hərənin öz ulduzu? tamaşasında Nadir Xasıyevlə oynayıram. ?Yeddi məhbusə?də Afaq Bəşirqızıyla, Ələkbər Əliyevlə oynayıram. [b]- Ən yaxşı oynadığınz rol hansını sayırsınız?[/b] - Səmimi etiraf edirəm ki, oynadığım bütün rollları sevirəm. Tamaşaya elə hazırlaşıram ki, sanki premyeradır. Ən çox sevdiyim obrazım Fənarədir. Üzr istəyirəm, mən 1994-cü ildə analıq məzuniyyətinə çıxanda həmin rolu başqa aktrisa ilə hazırlayırdılar. İnanırsınız, mən səhnənin arxasından durub ağlayırdım. Sanki həmin obrazı başqa aktrisaya qısqanmışdım. Həmin vaxt göz yaşlarım yanaqlarımdan necə süzülürdü??Subaylarınızdan görəsiniz?də Qənbadı çox sevirdim. İndi həmin tamaşa başqa, gənc heyətlə oynanılır. ?Yeddi məhbusə? tamaşasında Şöhrət obrazını da çox sevirəm. Orada işləmək çox maraqlıydı. Biz o əsəri 2002-ci ildən götürürdük. Amma hər dəfə bir problem çıxırdı, ərsəyə gətirə bilmirdik. Bir dəfə də mənə həmin tamaşadan Həcər obrazı tapşırılmışdı. Ən sonuncu dəfə isə mənə həmin tamaşadan rol verilməmişdi. Mən də çox pis oldum. Amma günlərin birində məni çağırdılar ki, həmin tamaşada oynayacaqsan. Amma bildiyimə görə mən təsadüfən yaddan çıxdığıma görə rol verilməmişdi. Nə isə həmin şöhrət obrazı mənə verildi. O tamaşada Afaq Bəşirqızıyla oynamaq çox rahatdır. Onunla işləmək həm məsuliyyətlidir, həm də rahatdır. O adamı işlədir. Mən deyərdlim ki, o gözəl aktrisa olmaqla yanaşı, həm də istedadllı rejissordur. O qədər tapıntılar, yeniliklər edir ki. Kənardan tamaşaçı gözü ilə ona baxanda çox ləzzət alıram. [b]- Yeni rəhbərlik gələndən teatrda nə dəyişib?[/b] - Çox şey. Hamısı da müsbətə doğru. Məsələn bu yaxınlarda kollektivimiz İranda Fəcr festivalından qayıdıb. Kollektivimizin həmin festivalda qazandığı qələbə tək aktyorların yox, rəhbərliyimizin, ölkə mədəniyyətinin böyük qələbəsi, inkişafıdır. [b]- Müğənnilər arasında olan qalmaqallar efirdə olduğundan hamıya məlumdur. Amma deyilənə görə, teatrlarda elə şeylər baş verir ki, müğənnilərin saçyoldusu onun yanında toya getməlidir. Bu belədirmi?[/b] - Mən heç vaxt o şəraiti yaratmıram ki, kiminləsə qalmaqal eləyim. Teatrdı, nəsə baş verə bilər. Görürsən ki, bir ailənin içərisində də anlaşılmazlıqlar olur. Ola bilsin ki, kiminsə məndən xoşu gəlmir. Amma mən heç vaxt, heç kimə pis münasibət bəsləməmişəm. [b]- 20 ildir teatrdasınız. Hətta kollektivdə də sizdən daha gənc olan həmkarlarınız da fəxri ad alıb?[/b] - Mən heç vaxt ad almaq üçün müraciət eləməmişəm. Amma baxıram ki, Novruz Qartal, Lütviyyə Səfərova, Ema Məlikova kimi sənətkarlar almayıb. İstəyirəm ki, onlar alsınlar. Yəqin ki, bir gün gələr mən də fəxri ad alaram. [b]- Elə olubmu ki, teatrdan getmək istəyəsiniz?[/b] - Xeyr. Elə bağlanmışam ki, teatra bu bəlkə də fanatlıq həddindədir. Təsəvvür etmirəm ki, mən başqa yerdə işləyə bilərəm. [b]- İşləmək çətin deyil ki?[/b] - Mən bundan zövq alıram. [b]- Bəs ev işləri?[/b] - O an hansısa işinin olmasından, asılı olmayaraq səhnəyə əhval-ruhiyyə ilə çıxırsan. Ev işləri də yadına düşmür. - Küsülü oduğunuz həmkarınız varmı? - (fikirləşir) Yox, hamı ilə danışıram. [b]- Teatrda hamı bir-biri ilə danışır?[/b] - Hamını bilmirəm. Çünki son vaxtlar teatrda gələndə çox vaxt otağımda oluram. [b]- Otaq yoldaşlarınız kimlərdir?[/b] - Çox gözəl aktrisalarımız Güldanə Əzimova və Gülcahan Salamova ilə bir otaqtayam. Amma bir-birimizlə çox rastlaşmırıq. Çünki eyni tamaşalarda az oynayırıq. [b]- Həyatda olmayan hansı aktyorla eyni vaxtda işləmək istəyərdiniz?[/b] - Mən teardda yox, kinoda çəkilmək istəyərdim. Çox istəyərdim ki, Həsən Məmmədovla, Məlik Dadaşovla, Səməndər Rzayevlə bir filmdə çəkilim. [b]- Onlarla oynamağa ustalığınız yetərdimi?[/b] - Məncə yetərdi. Mən kiçik bir rola da məsuliyyətlə yanaşıram. [b]- Məvacibiniz nə qədərdir?[/b] - Çox azdır. 154 manatdır. Amma 137 manatı əlimizə gəlir. [b]- Ayrı gəlir yeriniz varmı?[/b] - Bəzən toylara gedirəm. [b]- Müğənni kimi? [/b] - Bəli. [b]- Nə vaxtdan?[/b] - Son iki ildə toylara gedirəm. Bu həm istəkdən, həm də maddi məcburiyyətdən irəli gəlir. İndiyə kimi də getmədiyimə peşman olmuşam. Hətta 1999-cu ildə getmək istəyirdim. [b]- Toya getmək həyatınızda nəyi dəyişib? Bir toydan nə qədər alırsınız?[/b] - Təxminən bir toydan 250-300 manat qazanıram. Rayon toylarına gedəndə bir qədər artıq qazanıram. [b]- Çətin deyil ki?[/b] - Oğlan oxuyan olanda mənə çətin olmur. Amma tək özüm toy apara bilmərəm. Biz vokal oxuduğumuza görə muğam oxuya bilmirəm. Çox az bacarıram. Ona görə də o məsuliyyəti təkbaşına boynuma götürmək tstəmirəm. [b]- Elə həmkarlarınız var ki, buna pis baxır?[/b] - Pis baxılan bir şey deyil ki. Teatrda elə aktyorlar var ki, toya tamada kimi, müğənni kimi də gedirlər. Mən belə şeyə heç vaxt pis baxmamışam. Neyləmək olar? Bizim əlimizdən başqa iş gəlmir axı. [b]- Kiməsə borcunuz varmı?[/b] - Xeyr. [b]- Bəs kiminsə sizə borcu varmı?[/b] - Var. Amma adını deyə bilmərəm. [b]- Bəlkə toydan borclu qalıblar?[/b] - Yox elə-belə borclardır. [b]- Avtomobiliniz varmı?[/b] - Yoxdur. [b]- Almağa imkan yoxdur?[/b] -Bəlkə də almaq olar. Üç ildir bu barədə fikirləşirəm. [b]- Sizi kiminləsə səhv salırlar?[/b] - Bəzən Məleykə Əsədova ilə səhv salırlar. Amma mən özümü heç oxşatmıram. Tələbəlik illərində Qubadlıya qastrola getmişdik. Camaat dedi ki, Məlahət Abbasova gəlib. O aktrisa da həmin vaxt çox məşhur olan ?Sən həmişə mənimləsən? teletamaşasında Nargilə obrazını oynayırdı. Həmkarım Çingiz Əhmədov da deyir ki, Rəsmiyyə yaşlayaşanda rəhmətlik Sofa Bəsirzadəyə oxşayacaq. Bir də ki, Könül Kərimovaya çox oxşadırlar. [b]- Teatrda ən çox kiminlə zarafat edirsiniz?[/b] - İnanırsınız ki, mənim hamı ilə yaxşı münasibətim var. Amma heç kimlə açıq zarafat etmirəm. Novruz Qartalla, Çingiz Əhmədovla, Ələkbər Əliyevlə, Nadir Xasıyevlə zarafatımız var. Cavan aktyorlarla da aram yaxşıdır. [b]- Küçədə gedəndə sizi tanıyırlarmı?[/b] - Deyim ki, hamı tanıyır bu yalan olar. Tanımayan da var. [b]- Bu xoşunuza gəlirmi?[/b] - Niyə gəlməsin ki? Bəzən də gizlədirəm. Hətta belə hadisələr dəfələrlə olub. İNTİQAM VALEHOĞLU

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA