Xalq zairi Nəbi Xəzrinin 85 illik yubileyinə həsr olunmuz ədəbi-bədii gecə keçirilib

img

09-02-2010 [04:30]


Bu gün İncəsənət Gimnaziyasında xalq şairi Nəbi Xəzrinin 85 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir şairin öz ifasında şeirinin səslənməsi ilə start götürüb. Daha sonra Nəbi Xəzrinin həyat və yaradıcılığı haqqında məlumat verilib. Tədbirdə xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, Nahid Hacılı, Nəbi Xəzrinin oğlu Arzu Babayev də iştirak edib. Xalq şairi Nəriman Həsənzadə Nəbi Xəzrin yalnız şair olaraq deyil, həm də bir insan, dost kimi də böyüklüyündən söhbət açıb. Onun Xəzri adını özünə təxəllüs götürməsinin də təsadüf olmadığını deyib: ?Nəbi Xəzəri, çinarı, ləpələrin səsini çox sevirdi. Ona görə də bunlar onun şeirinin özəyini təşkil edirdi. Xəzri təxəllüsü seçməsi məhz bu sevgidən qaynaqlanırdı. Ümumiyyətlə, Nəbi Xəzri yaradıcılığı çox geniş sahəni əhatə edir. Lirik şeirləri, dramaturji əsərləri, publisistikası ilə ədəbiyyatımızda görkəmli yer tutub?. Nəbi Xəzrinin yaxın dostu , xalq şairi Söhrab Tahir isə yubilyarın yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərqdə daha çox lirik şair kimi tanındığını vurğulayıb: ?Nəbi Xəzri lirikası bakirə, səmimi qalıb. Heç kim ora müdaxilə edə bilməz və tematik cəhətdən təkrarlaya bilməz?. Ədəbi-bədii gecə Nəbi Xəzrinin şeirlərinin və sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA