Bu gün qəzetlər nəzr olunmayıb

img

06-02-2010 [01:10]


Bakıya yağan güclü qar səbəbindən şəhərin böyük bir hissəsinə elektrik enerjisinin verilməsinin dayandırılması ?Mətbuat? prospektində yerləşən ?Azərbaycan? Nəşriyyatında da problemlər yaradıb. Dünən axşam saat 20:00 radələrinə qədər elektrik enerjisinin olmaması qəzetlərin çap olunmamasına səbəb olub. ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlunun ANS TV-yə verdiyi məlumata görə, ?Yeni Müsavat?la bərabər, ?Azadlıq?, ?Bizim Yol?, ?Futbol +?, o cümlədən rəsmi qəzetlər də bu gün nəşr olunmayacaq. ?525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə ANS-ə deyib ki, rəhbərlik etdiyi qəzet digər nəşriyyatda çap olunmasına baxmayaraq hava şəraiti səbəbindən bu gün onun yayımı günün ikinci yarısına qədər mümkün olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA