Aygün Kazımovanın fanatları arasında "müharibə" bazlayıb

img

04-02-2010 [02:50]


Xalq artisti Aygün Kazımova fanatlarından küsüb. Müğənni ?Şamplena fanatlar? fanat ordusuna yaman qəzəblənib. Buna səbəb isə qrupa daxil olanlar şəxslərin Aygünün mobil nömrəsini icazəsi olaraq fanatlar arasında yayması olub. Bu xəbəri isə Aygün Kazımovaya artıq dörd ildir fəaliyyət göstərən ?Aygün Fans? klubunun üzvləri çatdırıb(anspress). Qeyd edək ki, müğənniyə fanatlıq edən iki klub arasında rəqabət hökm sürür. Fanatlardan aldığımız məlumata görə, pərəstişkarlar arasında qeyri-sağlam rəqabətin yaranmasında sənətçinin rolu az deyil. Belə ki, ?Aygün fans? klubunun üzvləri ilə isti münasibətdə olan Kazımova, ?Şamplena fanatlar?ın üzvlərinə ögey münasibət bəsləyir. Məsələ ilə bağlı Aygün Kazımovanın fikrini öyrənmək istədik. Telefona köməkçisi cavab verdi. Adını bilmədiyimiz qadının sözlərinə görə, Aygünün mobil nömrəsinin yayılması o qədər ciddi məsələ deyil. Onsuz da Aygün xanımın telefon nömrəsini böyük pərəstişkar kütləsindən gizlətmək mümkün deyil. Qaldı ki, müğənninin fan klublar arasında ayrı-seçkilik salmasına, bu, düzgün deyil. Aygün xanım hər iki qrupu eyni dərəcədə sevir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA