Ramil Usubovun iddiası ilə baz redaktor 1 il 6 ay müddətinə zərti həbs cəzasına məhkum olundu

img

03-02-2010 [06:08]


Bu gün Yasamal rayon məhkəməsində daxili işlər naziri Ramil Usubovun ?Femida 007? qəzetinin baş redaktoru və vəkil Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi başa çatıb. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, hakim Xaqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Əyyub Kərimov çıxış edərək, özünü təqsirli bilmədiyini və heç kimə böhtan atmadığını deyib. Çıxış dinlənildikdən sonra hökm oxunub. Hökmə əsasən Əyyub Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə təqsirli bilinərək aylıq qazancının 15 faizi tutulmaqla, 1 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum olunub. Məlumat üçün bildirək ki, daxili işlər naziri Ramil Usubov Əyyub Kərimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb. Buna səbəb Əyyub Kərimovun ?Azadlıq? və ?Femida 007? qəzetlərində Daxili İşlər Nazirliyi haqda yazdığı məqalələr olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR