?Milk&Kisses? qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova finala çıxdı

img

03-02-2010 [01:00]


Fevralın 2-də axşam Bakıdakı ?Buta? sarayında ?Eurovision 2010? mahnı yarışmasının milli seçim turunda yarımfinal yarışması keçirilib. Finala 3 vəsiqə uğrunda Azad Şabanov, Məryəm Şabanova, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Elli Miçiyeva və ?Milk&Kisses? qrupu mübarizə aparıb. Gecə ?Eurovision-2009? müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadənin və bir neçə il bundan əvvəl həmin müsabiqənin qalibi olmuş Ruslananın ifaları ilə başlayıb. Azərbaycanın ?Eurovision-2010? müsabiqəsində təmsil etməyə iddialı 6 namizəd yarımfinal konsertində hazırladıqları mahnıları ingilis dilində ifa ediblər. Hər mahnını ifa etmək üçün müğənnilərə 3 dəqiqə vaxt verilib. Gecənin əsas qonaqlarından olan ?Eurovision-2009? müsabiqəsinin qalibi Aleksandr Rıbakın da çıxışı maraqla qarşılanıb. ?Eurovision? müsabiqəsi üzrə Azərbaycanın Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru İsmayıl Ömərovun, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin, Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli komitəsinin prezidenti Lalə Kazımovanın, dirijor Azad Əliyevin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə 3 finalçının adı məlum olub. Münsiflərin qərarı ilə ?Milk&Kisses? qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova finala çıxıb. Finala çıxa bilməyən ifaçılar isə ?Eurovision-2010? mahnı müsabiqəsini canlı olaraq izləmək üçün bilet əldə ediblər. ?Eurovision-2010?da Azərbaycanı təmsil edəcək şəxsin kimliyi isə fevralın son günlərində məlum olacaq. Qeyd edək ki, ?Eurovision-2010? mahnı müsabiqəsinin yarımfinalı mayın 25-i və 27-də, final mərhələsi isə 29-da olacaq. 55-ci ?Eurovision? müsabiqəsində Azərbaycan da daxil olmaqla 39 ölkə iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA