?Milli Yol? qəzeti ?Durmaq Yox! Yola Davam? züarı ilə nəzrə bazlayır

img

02-02-2010 [01:21]


Parlament seçkiləri ərəfəsi daha bir qəzet nəşrini bərpa etməyə hazırlaşır. Bu barədə məlumat verən ?Poliqon? İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəylinin sözlərinə görə, yaxın günlərdə ?Milli Yol? qəzeti yenidən nəşr olunacaq. ?Yenə də özümüzün əvvəlki üslubumuzu və mövqeyimizi qoruyacağıq. Amma çox ciddi yeniliklərimiz də var. ?Durmaq Yox! Yola Davam!? şüarı ilə start verəcəyimiz yeni qəzetçilik dönəmində mənimlə bərabər tanınmış jurnalistlərdən Məhəmməd Ərsoy və Razi Abasbəyli də ?Milli Yol?da fəaliyyət göstərəcək? deyən Ş.Ağabəylinin sözlərinə görə, bu gün çap mətbuatının artıq sıradan çıxdığını düşünənlər yanılırlar: ?Əksinə, bu gün Azərbaycan cəmiyyətində ciddi qəzet aclığı duyulmaqdadır. Biz də çalışacağıq ki, ?Milli Yol? bu sosial tələbatı qarşılaya bilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR