?Borçalı? Cəmiyyətinin VII ?Dədə Camal? Məclisi keçirilib

img

01-02-2010 [04:53]


?Borçalı? Cəmiyyətinin təsis etdiyi ?Dədə Camal? Məclisinin yanvarın 31-də keçirilən toplantısı önəmli bir mövzuya həsr olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Qərbi Azərbaycan ? işğal olunmuş qədim türk torpaqları? mövzusunda keçirilən tədbirdə Qərbi Azərbaycan və Borçalı folkloru, saz-söz sənəti haqqında geniş söhbət açılıb, müxtəlif ifalar səsləndirilib. Məclisdə Borçalı Cəmiyyətinin üzvləri ilə yanaşı millət vəkilləri, Qərbi Azərbaycandan olan qonaqlar, ziyalılar iştirak edib. Məclisin aparıcısı Elxan Məmmədli ?Borçalı? Cəmiyyətinin təkcə Gürcüstanda yaşayan soydaşlarımıza diqqət ayırmadığıını, davamlı olaraq Azərbaycanın və bütövlükdə Türk dünyasının ayrı-ayrı bölgələri ilə Borçalının vəhdətini qurmağa çalışdıqlarını qeyd edib. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə bir mövzuda tədbirin keçirilməsinin simvolik məna daşıdığını bildirib: ?Hər iki diyarımızda saz-söz sənəti millətimizin diri və duru qalmasının başlıca silahı olub. Düşüncəmizə görə Borçalı hamının, eyni zamanda Qərbi Azərbaycanlıların və bütün türk dünyasının problemidir. Biz ümumilli problemlərimizdə - Qarabağ, Dərbənd, güney Azərbaycan, Qərbi Azərbaycan, Borçalı, demokratiya və s. məsələlərində vəhtəddə olmalı, bütövləşməliyik. Biz Qərbi Azərbaycanın işğal səbəblərini ciddi təhlil etməli, düzgün nəticə çıxartmalı, Borçalının da Qərbi Azərbaycan aqibəti yaşamasına yol verməməliyik. Biz bütün anlamlarda bütövləşməyə məhkumuq. Hər birimiz hamımız tərəfindən himayəm olunduğumuzu birmənalı hiss etməliyik. Bu milli və dövlət maraqlarımızın tələbidir. Ümidvaram ki, bu gün bu istiqamətdə mühüm addım atılacaq Biz Borçalının fikir coğrafiyasını genişləndirməkdə davam edəcəyik.? Sonra professor Şamil Vəliyev məruzə ilə çıxış edərək qərbi azərbaycanın tarixindən, işğal səbəblərindən, ondan çıxarılmalı nəticələr və örnək olacaq məsələlərdən ətraflı məlumat verdi. Borçalının qorunması və inkişafında birliyin vacibliyini xüsusi vurğulayan natiq hər kəsin bu məsələdə əlindən əgləni etməsinin vacibliyini xüsusi qeyd etdi. Məruzəçi Borçalıda türk dilinin, toponimlərin, aşıq sənətinin qorunub saxlanmasına önəm verilməli olduğunu vurğuladı. Qərbi Azərbaycandan olan qonaqlar - akademik Budaq Budaqov, professorlar Həsən Mirzə, Vəliyev İsmayıl, Cəlilov Firudin öz çıxışlarında ?Borçalı? Cəmiyyətinin bu təşəbbüsünü alqışladıqlarını, Borçalı robleminin həll olunmasında əllərindən gələn köməyi edəcəklərini bildirdilər. Bu arada Zəlimxan Məmmədli, Budaq Budaqovun Gürcüstanda türk mənşəli toponimlərin tətqiqi ilə bağlı etdiyi elmi tətqiqatları yüksək qiymətləndirərək onun ?Borçalı? Cəmiyyətinin toponomiya komissiyasının rəhbərlik etməyi təklif etdi. Hörmətli Akademik təşəkkür edərək bu təklifi mənmuniyyətlə qəbul etdiyini bildirdi. Professor Həsən Mirzədə bu komissiyada böyük məmnuniyyətlə iştirak edəcəyini bildirdi. Daha sonra tanınmış ziyalılardan Hacan Hacıyev, Əmirxan Babaşov, Bayramov Mahir, Telman Kazımov, Zaməddin Ziyadoğlu, Şöhlət Əfşar, şairələr Səadət Buta, Sənəm Səbail, Cığatel İsaqızı mövzu ətrafında maraqlı doğuran çıxış etdilər. Göycə aşiqlarının ifaları məclisə xoş ovqat verdi. Sonda bir sıra iştirakçılara ? Akademik Budaq Budaqov, professorlar Həsən Mirzə, İsmayıl Vəliyev və Firudin Cəlilova ?Borçalı? Cəmiyyətinin fəxri üzvlük diplomları, digər qonaqlara isə xatitə hədiyyələri təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA