Ədalət Şükürov: ?Toya getməyi ayıb sayanların, özünə ayıb olsun?

img

01-02-2010 [04:27]


?Artıq bir ilə yaxındır ki, yeni mahnılar üzərində işləyirik. Həmin bu yeni mahnılar alboma daxil olacaq. Çıxacaq albomun adı ya ?Badəm şərabla dolu?, ya da ?Qadan allam? bu iki versiya olmalıdır. Hələ diskin adı dəqiq bilinmir. Alboma ?Nə bir səs, nə bir xəbər?, ?Bu qanım niyə qaradır??, ?Badəm şərabla dolu? həm rus, həm də Azərbaycan dilində və ?Qadan allam? mahnıları olacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycanın əməkdar artisti və Dağıstanın xalq artisti Ədalət Şükürov deyib. Ə.Şükürovun sözlərinə görə, onun konsertləri əsasən Azərbaycandan kənarda keçirilir: ?Mart ayının 7-də Maxaçqalada, 8-də Dərbənddə, 13-də Rostov şəhərində konsert verməyi planlaşdırıram. Mənim Azərbaycanda konsertlərimin sayı azalıb, daha çox Rusiya da çoxalıb?. Ə.Şükürovun vətənində konsertlərinin sayının kəskin azalmasının dünyada baş verən böhranla əlaqələndirmir: ?Başqa ölkələrdən nisbətində çox şükür böhran bizim ölkədən yan keçdi. Mən buna görə təbii ki, dövlətimizə minnətdaram. Konsertlərimin vətənimdə azalmasını böhranla əlaqələndirməzdim?. Ə. Şükürovun fikrincə, toylara getməyən müğənni tanımır: ?Mən toylara, banketlərə və məclislərə gedirəm. Müğənillərin 99,9 faizinin gəlirləri məhz bizim toylardan çıxır. Əgər hər hansı bir müğənni deyirsə ki, mən toya getmirəm. O yalan deyir. Bunu mən - Ədalət Şükürov deyirəm. Bu sözümün altında imzamı da atıram. Mən elə bir müğənni tanımıram toya getməsin və heç bir müğənniyə də arzulamaram ki, onu toya çağırmasınlar. Toya getməyi ayıb sayanların, özünə ayıb olsun. Müğənillərimiz yalan danışmasınlar. Əgər bir müğənnini toya çağırmırlarsa, deməli, o müğənnini istəmirlər. Toya getmirlərsə, deməli, onları tanınmırlar. Ona görə ki, hər bir valideyn öz balasına toy etmək istəyir. Bütün validenylərə də toy arzu edirəm. Məni düzgün başa düşün, profesional səhnəyə toylardan gəlməyi demirəm. Sadəcə bəzi populyar və tanınmış xarici müğənilər bar və restoranlarda oxuya-oxuya səhnəyə gəliblər. Bu hal normal bir hal kimi qiymətləndirilməlidir. Professional səhnəyə toydan da gəlmək olur, restorandan da?. Ədalət Şükürov səhnədə olan Röya və Aygün qalmaqalına da münasibət bildirərək dedi ki, heç vaxt qalmaqaların tərədarı olmamışam: ?Mən qalmaqal sevmirəm və Aygün xanımla Röya xanımın qalmaqalı varsa, mənim ondan xəbərim yoxdur. Biz müğənnilər məclislərdə bir-birimizi görürük. Bütün müğənnilər bir-birinin gözünün içinə düz baxsın. Mən elə başa düşürəm ki, heç bir müğənniyə qalmaqal lazım deyil. Amma bəzilərinə ?promoşun? lazımdır. Məncə buna görə bəziləri belə atdım atırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA