Azərbaycanda yeni xəbər portalı fəaliyyətə bazlayıb

img

01-02-2010 [03:01]


Fevralın 1-dən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb. www.Milli.az portalı Azərbaycan dilində yayımlanan internet xəbər resursudur. Portal ?Day.Az? informasiya şirkətinə məxsus saytlardan biridir. ?Day.Az? rus dilində, ?Today.Az? ingilis dilində, ?Milli.Az? isə Azərbaycan dilində fəaliyyət göstərir. ?Milli.Az? informasiya və məqalələr yayımlayır. Sayt həftənin bütün günləri fəaliyyət göstərəcək. Portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr barədə, həmçinin cəmiyyət həyatının digər sahələrinə dair informasiyalarla yanaşı, fotosessiyalar, internet radiosu, videomateriallar da təqdim edir. Həmçinin oxucuların yazılarını, oxucuların çəkdiyi "mobil reportajlar"ı yayımlayır. ?Trend? agentliyiin məlumatına görə, ?Milli.Az?da oxucularla ünsiyyət qurulub. Oxucular üçün nəzərdə tutulan bölməyə onlar öz yazılarını təqdim etməklə müəllifə çevrilə bilərlər. ?Milli.Az? oxucularına özlərini jurnalist kimi sınamaq imkanı yaradır, onlara reportajlar hazırlayıb portala göndərməyi təklif edir. İstənilən şəxs mobil telefonlarla, foto və video kameralarla qeydə aldığı maraqlı görüntüləri portala - 9880 qısa nömrəsinə göndərə bilər. Həmin materiallar ?Mobil reportaj? bölməsində və xəbər lentində yerləşdiriləcək. Hər ayın sonunda ən maraqlı reportaj göndərən şəxsə qiymətli hədiyyə təqdim olunacaq. Portal internet radio xidmətinə də qoşulub. İstifadəçilər saytda müvafiq düyməni basmaqla ?Day.Az Radiosu?nu dinləyə bilərlər. Radio bütün sutkanı fəaliyyət göstərir və əsasən musiqilər, müxtəlif tok-şoular, ictimai-siyasi proqram, musiqili-əyləncəli verilişlər təqdim edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir