Müğənni Nazəninin mazınına hücum olub

img

29-01-2010 [03:27]


Bu gün Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Hadisə Əhməd Cəmil küçəsi-39 ünvanda, Fəxri Qasım oğlu Salayevə məxsus maşında qeydə alınıb. Belə ki, səhər saatlarında naməlum şəxs və ya şəxslər qara rəngli Infiniti markalı 10RP 222 dövlət nömrə nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq maşının salonundan Fəxri Salayevə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və onun anası müğənni Nazənin Salayevaya məxsus sürücülük vəsiqəsini oğurlayıblar. Zərərçəkənin sözlərinə görə, həmin sənədlərin yanında içərisində 200 dollara yaxın pulqabı da olub. Lakin həmin şəxslər yalnız sənədləri oğurlamaqla kifayətləniblər. Bu da onu deməyə əsas verir ki, hadisəni törədən şəxs müğənni və onun ailəsini tanıyır. Faktı araşdırmaq üçün hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müayinələr apararaq əl izlərini götürüblər. Müstəntiq Cavid Məmmədov ANS PRESS-ə bildirib ki, hazırda faktla bağlı araşdırmalar aparıldığından əlavə məlumata malik deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA