Əzizə Mustafazadənin həyatı və yaradıcılığı haqqında sənədli film hazırlanacaq

img

28-01-2010 [02:59]


Məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, hazırda Almaniyada yaşayan Əzizə Mustafazadə Bakıdadır. Görkəmli cazmen Vaqif Mustafazadənin qızı haqqında çəkilən filmlə əlaqədar vətənə gəlib. Qeyd edək ki, Almaniyanın ARD telekanalı caz ifaçısı Əzizə Mustafazadənin həyatı və yaradıcılığı haqqında sənədli film hazırlayır. Çəkiliş qrupunun rəhbəri Aleksandr Stenzelin verdiyi məlumata görə, onlar Əzizə Mustafazadənin dəvəti ilə Bakıya gəliblər. Yanvar ayının 25-dən Bakıda olan çəkiliş qrupu şəhərin müxtəlif yerlərində, eləcə də Vaqif Mustafazadənin ev muzeyində çəkilişlər aparıb. Sabah onlar işlərini yekunlaşdırıb Almaniyaya qayıdacaq. Əzizə Mustafazadə haqqında çəkilən film isə elə həmin telekanalda nümayiş olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA