Faiq Ağayev: ?Bəzi sənətçilərimizin Biləcəridən o tərəfədə görünmək zansları olacaq?

img

28-01-2010 [02:26]


TMB kanalının rəsmən ay yarım fəaliyyət göstərməsini Azərbaycan musiqisi üçün dünyaya açılan bir pəncərəsi kimi qeyd etmək olar. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycanın xalq artisti Faiq Ağayev deyib. Faiq Ağayev bildirib ki, hazırda Azərbaycanın bir çox müğəniləri Türkiyə şou-biznesinə qatılmaq istəyirlər: ?Bu kanal demək olar ki, bir vasitədir, sənətçilərin efirə çıxması üçün körpüdür. Naim bəyin yüksək musiqili televiziya quruculuq təcrübəsinin olması buna imkan yaradır. Azərbaycan müğənnilərinin klipləri pulsuz bu kanalda yayımlanır. TMB kanalının bir özəlliyi də odur ki, bu kanal modern musiqiləri, estrada-pop janrının təbliği ilə məşğuldur. Pop və estrada janrı ilə məşğul olan bizim sənətçilər üçün bu kanal bəlkə də bir ərmağandır?. F.Ağayev fikrincə, bəzi müğənillərin məhz Azərbaycanda tanınması və kənara çıxmaq imkanın olmaması problemi demək olar ki, bu kanal vasitəsi ilə çözüləcək: ?Çünki bu kanal dünyada yayımlanır və bu da o deməkdir ki, bizim bəzi sənətçilərimizin Biləcəridən o tərəfədə görünmək şansları olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA