Mikloz Harazti: ?Azərbaycanda media azadlığı pisləzib?

img

27-01-2010 [08:32]


?Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət pisləşib. Hüquq-mühafizə orqanlarında jurnalistləri qeyri-jurnalistika ittihamları ilə həbs etmək adəti yaranıb?. Bunu yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında keçirdiyi mətbuat konfransında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bildirib. AzadlıqRadiosunun Azərbaycanda medianın vəziyyəti ilə bağlı sualını cavablandıran Haraşti deyib ki, çox vaxt jurnalistlərə qarşı irəli sürülən qeyri-junalistika ittihamları saxta olur. O bildirib ki, iki gənc bloqqer xuliqanlıq ittihamı ilə tutulub, halbuki onların insidenti törədən yox, insidentin qurbanı olduğu görünür: ?Mən inanıram ki, prezident İlham Əliyevin elə bir səlahiyyəti və imkanı var ki, hüquq-mühafizə orqanlarına ?dayan? desin, onlara xatırlatsın ki, hüquq-mühafizə orqanlarının vəzifəsi jurnalistləri müdafiə etməkdir, onları çətin vəziyyətə salmaq yox?. Haraşti Azərbaycanda diffamasiya haqqında, jurnalistlərin yazdığı məqaləyə görə həbs cəzasına məhkum edilməməsi ilə bağlı qanun layihəsinin müzakirə edilməsini alqışlayır: ?Amma bunun üçün heç olmasa əvvəlcə jurnalistlərin qeyri-jurnalistika ittihamları ilə tutulması dayandırılmalıdır?. Haraşti mətbuat konfransını Avropada medianın vəziyyəti ilə bağlı hesabat hazırlamış AŞPA nümayəndəsi Endrü Makintoşla birgə keçirib. Cənab Makintoş bildirib ki, Azərbaycanda 2 il qabaq olub: ?O vaxt prezident İlham Əliyevlə görüşdüm. O mənə dedi ki, media ilə bağlı problemləri həll etməyə çalışırlar. Amma ötən müddətdə elə bir dəyişiklik hiss olunmur. Bizim də Azərbaycan hökumətinin qərarlarını dəyişmək səlahiyyətimiz yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR