Müğənni və bəstəkar Rəhim Rəhimli ?Dostum? adlı jurnal çıxaracaq

img

27-01-2010 [03:33]


Müğənni və bəstəkar Rəhim Rəhimli ?Dilayla Production?la birgə ?Dostum? adlı jurnal təsis edib. Müğənninin yaxın dostu və jurnalın baş redaktoru Ülviyyə Alovlunun show-biznes.az saytına verdiyi məlumata görə, bu, şou-biznes adamlarından çox, iş adamlarının stolüstü jurnalı olacaq, jurnalda biznes və iqtisadiyyat xəbərləri də geniş yer alacaq. Bununla yanaşı, şou-biznesə dair maraqlı araşdırmalar, statistik məlumatlar da jurnalda əks olunacaq. Qeyd edək ki, yaxın günlərdə satışa çıxacaq jurnalın qiyməti də çox ucuzdur-cəmi 3 manat. Həmçinin ilk nömrədə Rəhim Rəhimlinin eksklüziv musiqilərindən ibarət disk də alıcılara hədiyyə olunacaq. Ü.Alovlunun bildirdiyinə görə, ?hazırda diskdə yer alacaq mahnıların studiyada yazılma prosesi davam edir. Jurnalın üz qabığında isə Rəhimin fotosu dərc olunacaq.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA