27-01-2010 [03:08]
Bu gün Azərbaycan Mətbuat Şurası 2009-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edib. Bu məqsədlə Şurada mətbuat konfransı təşkil olunub. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, MŞ-nin ötən il həyata keçirdiyi fəaliyyət istiqamətlərinə dair məlumat verən MŞ sədri Əftatun Amaşov bildirib ki, Şura bütün illərdə olduğu kimi, hesabatda qərar və rəylərə, reallaşdırılan tədbirlər və təşəbbüslər, müraciətlərin araşdırılma qaydaları və s. məsələlər əksini tapıb. Sənəddə eyni zamanda MŞ-nin il ərzində reallaşdırdığı tədbir və təşəbbüslər xronoloji ardıcıllıqla qeyd olunub.
Şura sədrinin sözlərinə görə, 2009-cu ildə Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-ı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarə, müəssisə və təşkilatlarından, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır. Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb.
Şuraya daxil olan müraciətlərin şəhər və rayonlar üzrə təsnifatı isə aşağıdakı kimidir:
? Şəhər, bölgə Say ? Şəhər, bölgə Say
1 Bakı 195 18 Quba 8
2 Gəncə 28 19 Bərdə 8
3 Lənkəran 16 20 Şamaxı 7
4 Mingəçevir 14 21 Lerik 6
5 Sumqayıt 13 22 Samux 6
6 Şəki 13 23 Beyləqan 6
7 Ağcabədi 12 24 Goranboy 6
8 Şirvan 12 25 Göyçay 5
9 İmişli 11 26 Qazax 5
10 Göy göl 10 27 Biləsuvar 5
11 Salyan 10 28 Ağstafa 4
12 Laçın 9 29 Xaçmaz 4
13 Hacıqabul 9 30 Oğuz 4
14 Masallı 9 31 Astara 3
15 Şəmkir 9 32 Yardımlı 2
16 Nefçala 8 33 Ucar 2
17 Gədəbəy 8 34 Digər 22 bölgədən hər birindən 1 müraciət
Cəmi 489
Hesabatda İdarə Heyətinin keçirdiyi iclasların, müzakirə edilən məsələlərin, Şuranın Şikayətlər üzrə Komissiyasının və ?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasının rəyləri əsasında çıxarılmış qərarların say göstəriciləri, həmçinin İH-nin iclaslarında müzakirə edilən digər məsələlər barədə məlumatlar yer alıb. Qeyd olunub ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının başlıca missiyası quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olduğundan hesabatın komissiyaların fəaliyyətinə dair bölümündə əsas diqqət Şikayətlər üzrə Komissiyaya yönəlib. Sənəddə komissiyaların iclaslarının, müzakirə edilən məsələlərin və çıxarılan rəylərin sayı göstərilib. Bildirilib ki, Şikayətlər üzrə Komissiya 19 iclasda ayrı-ayrı müraciətlər əsasında ümumilikdə ümumən 147 məsələni araşdırıb ki, onların əsasında 116 rəy çıxarılıb. Həmin rəylərin 27-ə dair məsələ Şuranın yekun qərarının motivini təşkil edib.
İdarə Heyətinin 31 qərarından 27-i Şikayətlər üzrə Komissiyanın rəyi əsasında qəbul olunduğu halda digər 4 qərarın çıxarılmasında ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasının təqdimatına əsaslanılıb. ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasının il ərzində keçirdiyi iclasların sayı 8-dir. Həmin iclaslarda ümumilikdə 57 məsələ müzakirə olunub. Qurum 38 KİV-in fəaliyəti ilə bağlı ümumilikdə 4 rəy çıxarıb. Həmin rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.
Mətbuat Şurasının qərar və rəylərində mənafelərin təminat faizi aşağıdakı kimidir:
Hesabat dövrü ərzində MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, Sosial, Hüquq və iqtisadiyyat, bölgə mətbuatının inkişafı komissiyalarının müvafiq olaraq 3, 5, 3 və 5 iclası baş tutub. Həmin iclaslarda ümumilikdə 25 məsələ müzakirə olunub. Daimi Komissiya ayrı-ayrı jurnalistlərlə bağlı ümumilikdə 6 məsələni həll edib. 2 məsələ ilə bağlı toplanmış materiallar araşdırılmaq üçün müvafiq orqanlara göndərilib.
Şura tərəfindən ?reket jurnalistika?ya qarşı mübarizə ili elan olunan 2009-cu ildə qurum bununla bağlı mübarizəni iki istiqamətdə aparıb:
1.?Reket nəşr?lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və ?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ildə dörd dəfə ?reket nəşr?lərin adlarını açıqlayıb. Fevralda 36, apreldə 19, iyunda 8, oktyabrda 5, dekabrda isə 8 KİV-in adı ?qara siyahı?ya salınıb. MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən ?reket nəşr? elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı siyahıya daxil edilib.
Mətbuatın ?qara siyahı?sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün ?reket? nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
2. ?Reket nəşr?lərə qarşı ictimai qınağın fəallaşdırılması
Bu məqsədlə ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Bu qərarın qəbulu zamanı həmin KİV-lərin ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin mətbuatın ?qara siyahısı? da onlara göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyyə edilib.
Hesabatda MŞ-nin il ərzində həyata keçirdiyi tədbir və təşəbbüsləri barədə də geniş məlumat yer alıb. Bildirilib ki, Şura 2009-cu ildə ayrı-ayrı mövzularda 12 ?dəyirmi masa? və konfrans təşkil edib. Şura təmsilçilərinin il ərzində yerli və beynəlxalq əhəmiyyətli görüşlərinin sayı 8-dir. Bununla yanaşı MŞ medianın müxtəlif məsələləri ilə bağlı 7 müraciət 2 bəyanat qəbul edib.
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması istiqamətindəki fəaliyyəti 2008-ci ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa çıxmaları istiqamətində müxtəlif səviyyəli görüşlər keçirib. Bununla yanaşı MŞ İdarə Heyətinin üzvləri həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa çıxmaları üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlanıb.
Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədilə ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə geniş konfrans təşkil edib. Tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mübadilələri aparılıb.
Çıxış edənlərdən MŞ sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Aqil Abbas və Tapdıq Abbas hesabatın MŞ-nin 30 dekabr 2009-cu il tarixli iclasında müzakirə edildiyini, müəyyən əlavə və dəyişikliklərlə qəbul olunduğunu və müsbət qiymətləndirilidiyini vurğulayıblar.
KİV rəhbərlərindən ?Yeni Azərbaycan? qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ?Səs? qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları Şuranın hesabatının Azərbaycan mediasının hazırkı durumu ilə bağlı kifayət qədər dolğun təsəvvür formalaşdırdığını qeyd edərək MŞ-nin sadalanan istiqamətlər, xüsusən də ?reket jurnalistika?ya qarşı mübarizə sahəsində işini gücləndirməsinin əhəmiyyətli cəhətlərinə diqqət çəkiblər.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.