Mərhum jurnalist Osman Mirzəyevin həyat yoldazı Solmaz Mirzəyeva vəfat edib

img

26-01-2010 [06:42]


Azərbaycan mətbuatına və ölkənin dəmiryolu ictimaiyyətinə ağır itki üz verib. ?Azərbaycan dəmiryolçusu? qəzetinin redaktoru Solmaz Abas qızı Mirzəyeva 72 yaşında dünyasını dəyişib. S.A.Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olub. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil alıb. 1962-1968-ci illərdə ?Azərnəşr?in elmi-kütləvi, uşaq ədəbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışıb. S.Mirzəyevanın jurnalistlik fəaliyyətində ?Azərbaycan dəmiryolçusu? qəzeti mühüm rol oynayıb. 1980-1993-cü illərdə bu nəşrdə redaktor müavini vəzifəsini tutub. Yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə seçilən jurnalist 1993-cü ildən qəzetdə redaktor vəzifəsinə təyin edilib və ömrünün sonuna kimi ona tapşırılan çətin və məsuliyyətli işi şərəflə yerinə yetirib. ?Azərbaycan Dəmir Yolları? QSC-də aparılan genişmiqyaslı islahat proqramlarının və digər çoxşaxəli fəaliyyətin ölkə ictimaiyyətinə çatdırılmasında böyük zəhmət sərf edib. İşlədiyi müddətdə kollektivin dərin rəğbətini qazanan S.Mirzəyeva ?Fəxri dəmiryolçu? döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə ?Ustad? Ali Jurnalistika Mükafatına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə ?Tərəqqi? medalı ilə təltif edilib. Mirzəyevlər ailəsi ölkəmizdə jurnalistlər ailəsi kimi tanınıb. Solmaz xanımın həyat yoldaşı mərhum jurnalist Osman Mirzəyev ölkə mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərib. Qızları Nərgiz, Lalə və Sevinc bu gün də mətbuat sahəsində çalışır, valideynlərinin şərəfli yolunu ləyaqətlə davam etdirirlər. Səmimi insan, görkəmli jurnalist Solmaz Mirzəyevanın yoxluğu hər birimiz üçün böyük itkidir. Onun əziz xatirəsi yaddaşlarda daim qalacaqdır. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR